Konfrans Liqası: “Qarabağ” və “Sumqayıt”ın cavab oyununun hakimləri açıqlandı
Avropa Konfrans Liqasının 2-ci mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Aşdod” (İsrail) – “Qarabağ” və “Sumqayıt” – “Çukariçki” (Serbiya) matçlarının təyinatları açıqlanıb.
Komanda.az xəbər verir ki, İsraildə keçiriləcək “Aşdod” – “Qarabağ” matçını Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Novak Simoviç olacaq. Ona yan xətt hakimləri Nikola Coroviç və Miloş Simoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandar Jivkoviç yerinə yetirəcək.
Sumqayıtda keçiriləcək “Sumqayıt” – “Çukariçki” matçını Danimarkadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Yorgen Burhardt olacaq. Ona yan xətt hakimləri Lars Hummelgor və Hols Hog kömək edəcəklər. Dördüncü hakim funskiyasını Sandi Putros yerinə yetirəcək.
Hər iki oyun iyulun 29-da keçiriləcək.
Bizi Facebook-da izləyin