“Keşlə”nin “Soçi” ilə cavab oyununun hakimləri açıqlandı

Avropa Konfrans Liqasının 2-ci mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Keşlə” – “Soçi” (Rusiya) matçının hakimləri açıqlanıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, iyulun 29-da, “ASK Arena”da keçiriləcək qarşılaşmanı Belarusdan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Viktor Şimusik olacaq. Ona yan xətt hakimləri Anton Qusev və Sergey Kosovets kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitali Sevostyanik yerinə yetirəcək.

İyulun 29-da keçiriləcək “Keşlə” – “Soçi” matçı saat 20:00-da başlayacaq. Komandalar arasındakı ilk oyun iyulun 22-də Rusiyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button