Avropa klubları Ronaldodan niyə üz çevirib?
UEFA Çempionlar Liqasında çıxış edən bir sıra Avropa klublarının portuqaliyalı futbolçu Kriştiano Ronaldonun transferindən imtina etməsinin səbəbləri bəlli olub.
Komanda.az “The Times”-a istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun noyabrın sonunda “Mançester Yunayted”i qalmaqallı şəkildə tərk etməsi əsas səbəb kimi irəli sürülüb.
Portuqaliyalı futbolçunun DÇ-2022 zamanı millidə əsas heyətdəki mövqeyini itirməsi də burada rol oynayıb. Eyni zamanda, klublar Ronaldonun yaşını və maaş tələblərini nəzərə aldıqdan sonra keçiddən imtina ediblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin