Avropa Klublar Birliyinin yeni prezidenti bilindi
Avropa Klublar Birliyinin (ECA) yeni prezidenti məlum olub.
Komanda.az xəbər verir ki, Almaniyanın “Bavariya” klubunun prezidenti Karl-Haynts Rummenigge ECA-nın yeni rəhbəri təyin olunub. Bu barədə ESPN məlumat yayıb. Rummenigge bu vəzifədə Andrea Anyellini əvəz edib.
“Yuventus”un prezidenti Anyelli yeni yaradılan Avropa Super Liqasının vitse-prezidenti təyin olunduqdan sonra ECA-dakı işindən istefa verib.
Avropanın 12 klubu yeni Super Liqanın yaradıldığını bəyan ediblər. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin