Avropa Cüdo Birliyinə yeni prezident seçildi
Avstriyanın paytaxtı Vyanada Avropa Cüdo Birliyinin (EJU) növbədənkənar konqresi keçirilib.
Komanda.az xəbər verir ki, 51 üzv ölkənin 49-nun nümayəndəsinin iştirak etdiyi tədbirə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və baş katib Rəşad Rəsullu qatılıb.
Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizerin də iştirak etdiyi konqresdə EJU-nun prezidenti və İdarə Heyətinə seçkilər baş tutub. Səsvermə nəticəsində Macarıstan təmsilçisi Laslo Tot təşkilatın yeni prezidenti seçilib. 62 yaşlı funksioner 24 ildən çoxdur ki, Macarıstan Cüdo Assosiasiyasına rəhbərlik edir və 7-ci dan dərəcəsinə malikdir.
Üzvlərin səsverməsi nəticəsində Avstriya təmsilçisi Martin Poyger təşkilatın baş katibi, Maltadan Envik Qalea isə qurumun xəzinədarı vəzifələrinə seçiliblər.
Bizi Facebook-da izləyin