“Neftçi”nin üzvü ilk dəfə milli komandaya dəvət olundu
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində yanvarın 29-da Slovakiya yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyətinə yeni oyunçu dəvət olunub.
Komanda.az xəbər verir ki, qapıçı Cavad Məmmədov ilk dəfə millinin düşərgəsinə qovuşub. 20 yaşlı qolkiper “Neftçi” İK-nın üzvüdür.
Yanvarın 29-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Slovakiya oyunu saat 18:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin