Avropa çempionatının kuboku Bakı küçələrində
Avropa çempionatı zamanı mini futbol üzrə Azərbaycan milli komandasının qazandığı kubok xüsusi avtobusda şəhərin əsas hissələrində nümayiş olunub.
Komanda.az xəbər verir ki, saat 16:30-dan etibarən Hüseyn Cavid parkının yanından yola düşən avtobus və milli komandanın üzvləri, eləcə də azarkeşlər şəhər turu çərçivəsində “Flame Towers”, Qoşa Qala qapısı, Qız qalası, Azneft meydanı və Bayraq meydanı istiqamətində marşrut üzrə hərəkət edib.
Avtobus Zəfər Parkı ilə hərəkət edərək Ağ Şəhər Bulvarında dayanıb. Bu gün saat 19:00-da isə Ağ Şəhər Bulvarında konsert proqramı da təşkil olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin