Avropa çempionatının ilk günündə 2 medal

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl və 1 bürünc medal qazanıblar.

Komanda.az xəbər verir ki, ilk yarış günündə qızlar və oğlanlar arasında 6 çəki dərəcəsində 9 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

-50 kq. çəkidə Bahadır Feyzullayev bütün rəqiblərinə qalib gələrək Avropa çempionu titulunu qazanıb. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Məhəmmədəli Hüsiyev bürünc medal əldə edib.

-60 kq. çəkidə Nihad Rəhimov və -48 kq. çəkidə Diana Eldarova yarışı 5-ci yerdə tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button