
Avropa çempionatının final matçına təyinat aldı – AFFA rəsmisi
AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov İsraildə 17 yaşadək futbolçular arasında təşkil olunan Avropa çempionatının final oyununa təyinat alıb.
Komanda.az xəbər verir ki, o, iyunun 1-də Fransa və Niderland yığmaları arasında keçiriləcək qarşılaşmada UEFA nümayəndəsi olacaq.
Hacı-Məhərrəmov daha əvvəl A qrupunda Almaniya – Lüksemburq, B qrupunda Fransa – Polşa, D qrupunda Şotlandiya – Portuqaliya, 1/4 finalda isə Danimarka – Serbiya qarşılaşmalarında analoji vəzifəni yerinə yetirib.
Final görüşü saat 18:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin