“Qarşıdakı hər dəqiqə bizim üçün qızıl dəyərindədir” – Azərbaycan millisinin baş məşqçisi

Avropa çempionatının final mərhələsinə hazırlaşan futzal üzrə Azərbaycan millisi Ukrayna yığması ilə iki yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, millinin baş məşqçisi Joze Alesio Da Silva həm komandanın durumu, həm də qarşıdakı hazırlıq planı barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib:

  • Hər iki oyun haqda matç bitdikdən sonra açıqlama vermisiz. Soyuq başla daha hansı məqamları qeyd etmək istərdiz?
  • Nəticələr ürəkaçan olmasa da, oyunlar xeyrimizə oldu. Sonuncu dəfə apreldə rəsmi oyun keçirmişdik. Sonrakı 7 ayda komanda bir araya toplanmamışdı. Əlbəttə, az müddət deyil. Oyundan əvvəl tam heyətlə 6 məşq keçdik. Çünki ölkə xaricində çıxış edən futzalçılarımız dekabrın 14-də Bakıya gəldilər, klubları ilə oyunları var idi. 6 məşq elə də yüksək göstərici deyil. Nəzərə alın ki, xarici klublarda çıxış edən futzalçılarımız hər biri fərqli baş məşqçinin rəhbərliyi altında fərqli üslubda oynayırlar. Onları yenidən öz sistemimizə qaytarmaq, standart vəziyyətlər zamanı tapşırıqların icrasını mənimsəmək xeyli məşq istəyir. Oyunlar göstərdi ki, çox işləməliyik. Düzdür, ilk oyunla müqayisədə ikinci matçın 1-ci hissəsində nisbətən yaxşı oynadıq. Ancaq bu yetərli deyil. Rəqibimiz də Avropanın güclü komandalarından biridir. Üstəlik, onlar bizimlə oyuna qədər İspaniya və Rumıniya yığmaları ilə üst-üstə 4 oyun keçiriblər.
  • Hansı səhvlər həlledici oldu?
  • Həm müdafiədə, həm də hücum planında səhvlərə yol verdik. Futzalçılar fərdi oyuna daha çox meyl edirdilər. Halbuki biz kollektiv şəkildə tapşırıqları yerinə yetirməli idik. Oyunun gedişində kollektiv oyunumuz alınmadı. Buna görə də fərdi oyuna üstünlük verdilər, nəticədə səhvlər bir-birini təkrarladı. Oyun intizamını itirdik. Ramiz Çovdarov ikinci oyuna zədəli çıxmışdı. Rövşəni də bu səbəbdən tez əvəzlədik. Futzalçılara demişdim ki, hakimlər danışmayın. Hətta ilk matçda Bolinyaya tapşırdım ki, ehtiyatlı ol. Amma sonrası göz qabağındadır. Paltardəyişmə otağında da ilk tapşırıqlarımdan biri bu olurdu. Ancaq meydanda emosiyaları idarə etmək bir qədər çətin olur. Bəzən nəzarəti itirirsən… Hətta oyunun bir epizodunda Rizvan qapçı formasında meydanda olduğu halda İsa heç kimə demədən oyuna çıxdı və meydanda eyni vaxtda 6 futzalçımız oldu. Bunlar tələskənliyin nəticəsidir. Həm də tam hazır olmayaanda bu cür səhvlərdən qaça bilmirsən.
  • Bu nəticələr sizin üçün nə dəcərədə gözlənilən idi?
  • Gəzlənilməz oldu. Problemlərin olacağını bilirdim. Çünki uzun müddət idi oynamırdıq, buna görə də səhvlərdən qaça bilməyəcəyimizi düşünürdüm. Oyundan sonra uşaqlara bundan nəticə çıxarmalı olduğumuzu dedim. Məğlub olsaq da, hər iki görüş xeyrimizə oldu. Səhvlərimizi gördük, final mərhələsinə qədər bunu aradan qaldırmalıyıq. Futzal elə oyundur ki, taktiki tapşırıqları mənimsəmək üçün gərək mütəmadi oynayasan.
  • Yanvardakı hazırlıq planı necədir?
  • Uşaqlara dedim bu oyunu unudun. Qarşıdakı hər dəqiqə bizim üçün qızıl dəyərindədir. Yerli oyunçular yanvarın 5-də hazırlığa başlayacaq. Legionerlərimiz isə yanvarın 7-8-də gələcəklər. Çünki klublarında oyunlar var, ondan sonra bizə qoşulacaqlar. Niderlanda yollanmazdan əvvəl də bir yoldaşlıq oyunu keçirəcəyik. Belçika millisi ilə matçda nə qədərəcə hazır olduğumuzu görəcəyik.
  • Toplanış zamanı bu heyətə əlavələr olacaq?
  • Eduardo Borges zədəli olduğuna görə bu toplanışda iştirak edə bilmirdi. Hazırda müalicə olunur. Ümid edirəm ki, həmin vaxta qədər sağalacaq və komandaya qoşulacaq. Əsas odur ki, digər futzalçılarımız da zədəsiz oyunlar keçirsinlər və son hazırlıq mərhələsinə tam heyətlə qatıla bilək.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button