Avropa çempionatının bütün iştirakçıları bəlli oldu

21 yaşadək futbolçular arasında 2021-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Komanda.az xəbər verir ki, sonuncu vəsiqə İslandiyanın U-21 yığmasına qismət olub.

Belə ki, UEFA bu komandanın baş tutmayan İsveç və Ermənistanla oyunları ilə bağlı qərarını açıqlayıb. Qitə futbol qurumu həm İsveçə, həm də Ermənistana islandlarla görüşə çıxmadığına görə texniki məğlubiyyət verib. Beləcə, xal hesabı 21-ə çatan İslandiyanın gənclər yığması ən yaxşı qrup ikincisi olan beş kollektivdən biri kimi AÇ-2021-ə vəsiqəni təmin edib.

AÇ-2021-ə Macarıstan və Sloveniya birgə ev sahibliyi edəcək. Bu komandalar ev sahibi kimi turnirdə iştirak hüququ qazanıb. Onlarla yanaşı, Rusiya, İngiltərə, Danimarka, Almaniya, İspaniya, İtaliya, Niderland, Portuqaliya, Rumıniya, Fransa, Xorvatiya, Çexiya və İsveçrə yığmaları da qitə birinciliyində mübarizə aparacaq.

AÇ-nin final mərhələsinin qrup oyunları gələn il 24-31 mart aralığında keçiriləcək. Pley-off mərhələsi isə 31 may – 6 iyun aralığında baş tutacaq. Turnirin püşkü dekabrın 10-da İsveçrənin Nyon şəhərində atılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button