“Avropa çempionatını ən yaxşı komanda qazandı” – Keçmiş futbolçu

“Mançester Yunayted”in keçmiş futbolçusu Roy Kin İspaniya millisinin Avropa çempionatındakı qələbəsinə münasibət bildirib.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, irlandiyalı keçmiş futbolçu Avropa çempionatını ən yaxşı komandanın qazandığını söyləyib:

“İspanlar turnirdə layiqincə 7 qələbə qazandılar. Avropa çempionatını həqiqətən də ən yaxşı komanda qazandı. İspaniya bu mübarizədə Almaniya, Fransa və İngiltərəni məğlub etdi. Onların gənclik və təcrübə vəhdətindən ibarət əla heyəti var. Şübhəsiz ki, onlar bu qələbəyə layiq idilər”.

Avropa çempionatının final matçında İspaniya yığması İngiltərə millisini 2:1 hesabı ilə məğlub edib. Luis de la Fuentenin yetirmələri 4-cü dəfə Avropa çempionu olub. Bu, turnirin tarixində rekord göstəricidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button