Polşada yarışacaq Azərbaycan ağırlıqqaldıranları məlum oldu
10-18 avqust tarixlərində Polşanın Raşin şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi keçiriləcək.
Azərbaycan Ağır Atletika Federasiyasından Komanda.az-a verilən məlumata görə, yarışda 36 ölkədən 393 nəfər (192 qız, 201 oğlan) atlet iştirak edəcək.
Onların arasında Azərbaycan yığma komandasının üzvləri də olacaq. Birinciliyə məşqçi Oqtay Muxtarovun rəhbərliyi altında Azərbaycanın 5 idmançısı qatılacaq. Onlar aşağıdakılardır:
U-15
Qızlar: Zəhra Niftəliyeva (71 kq)
Oğlanlar: Turan Əliyev (61 kq)
U-17
Qızlar: Rahilə Hüseynzadə (81 kq)
Oğlanlar: Qasım İsmayılov (61 kq), Ravin Alməmmədov (67 kq)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin