Avropa çempionatında ilk medalı Quliyeva qazandı
Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada keçirilən taekvondo üzrə klublararası Avropa çempionatında ilk medalını qazanıb.
Komanda.az xəbər verir ki, “Alpman” klubunun üzvü Səlimə Quliyeva fəxri kürsüyə yüksəlib.
Gənclərin mübarizəsində 42 kq çəki dərəcəsində dayanq üzərinə çıxan idmançı 1/8 finalda britaniyalı Gina Beynə (“Horizon” Taekvondo Akademiyası) 2:0 hesabı ilə qalib gəlib. O, ardınca eyni hesabla Almaniyanın “TVBB Elit” klubundan Stefani Nikolayevanı məğlub edib.
Quliyeva yarımfinalda Vasiliki Papadopoulounu (“Açilleas Egaleo”, Yunanıstan) eyni hesabla yenib. Taekvondoçu finalda Mixalina Vrobellə (Polşa klubu) üz-üzə gəlib. Rəqibinə 1:2 hesabı ilə uduzan Quliyeva ikinci yerlə kifayətlənib.
Yarış aprelin 30-da yekunlaşacaq.
Bizi Facebook-da izləyin