Avropa çempionatında daha bir medalsız gün

Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa çempionatında gənc qılıncoynadanların şəxsi yarışında mübarizəyə start verilib.

Komanda.az xəbər verir ki, gənc qız sablyaçıların şəxsi yarışında qrup mərhələsini 5 qələbə ilə başa vuran Zərifə Hüseynova bu nəticə ilə birbaşa 32-liyə yüksəlib.

Bu mərhələdə Rumıniya təmsilçisi Dumitru Catincaya 15:13 hesabı ilə qalib gələn qılıncoynadanımız ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə turnirin finalına kimi irəliliyən Türkiyə idmançısı Nisanur Erbilə 10:15 hesabı ilə uduzub.

Gənc qız şpaqaçıların şəxsi yarışında isə Xədicə Həsənli (4 qələbə), Azərin İdriszadə (2 qələbə) və Nazilə Rəhimova (2 qələbə) qrup mərhələsini uğurla adlyaraq pley-offa yüksəlib. Xədicə Həsənli və Nazilə Rəhimova 64-lüyə yüksəlməyi bacarsa da, bu mərhələdə məğlub olub. Azərin İdriszadə isə 64-lüyə yüksəlmək uğrunda keçirilən pley-off görüşündə uduzub. Aynur Quliyeva da pley-off adlaya bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button