“Avropa çempionatında 2 qızıl, 4 bürünc medal qazanmaq çox yaxşı nəticədir” – Tarakanov

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatından qayıdan yunan-Roma güləşi üzrə yığmamızın baş məşqçisi Aleksandr Tarakanov açıqlama verib.

Komanda.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, mütəxəssis, millimizin turnirdəki çıxışı ilə bağlı fikirlərini bölüşüb:

“Komandanın çıxışından çox razı qaldım. Fikrimcə, Avropa çempionatında 2 qızıl, 4 bürünc medal qazanmaq çox yaxşı nəticədir. Nəzərə alaq ki, bizim üçün əsas lisenziya turnirləri sayılır. Çünki Olimpiadaya bacardığımız qədər çox vəsiqə əldə etməliyik. Bunun üçün əlimizdən gələni edəcəyik. Fürsətdən istifadə edib AGF-nin rəhbəri Namiq Əliyevə dərin minnətdarlığımı bildirirəm. Çünki o, komandanın bütün ehtiyaclarının qarşılanması və yüksək səviyyədə təlim-məşq toplanışlarının təşkili üçün əlindən gələni əsirgəmir. Biz də çalışacağıq ki, bizə yaradılan bu şərait fonunda etimadı tam doğruldaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button