
Avropa çempionatı: Yarımfinalçılar məlum oldu
İngiltərədə qadın futbolçular arasında keçirilən Avropa çempionatında yarımfinalçılar məlum olub.
Komanda.az xəbər verir ki, cütlərin tərkibi 1/4 final mərhələsinin yekununda bəlli olub. Bu mərhələdə İngiltərə İspaniyaya 2:1, Almaniya Avstriyaya 2:0, İsveç Belçikaya, Fransa isə Niderlanda 1:0 hesabı ilə qalib gəlib.
İyulun 26-da İngiltərə – İsveç, iyulun 27-də isə Almaniya – Fransa oyunu keçiriləcək.
Avropa çempionatının finalı iyulun 31-də, Londondakı “Uembli” stadionunda olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin