Avropa çempionatı Rusiyadan alındı
2023-cü ildə keçiriləcək karate üzrə Avropa çempionatına ev sahibliyi hüququ Rusiyadan alınıb.
Komanda.az xəbər verir ki, bu barədə Dünya Karate Federasiyasının (WKF) rəsmi saytı məlumat yayıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun da iştirak etdiyi Avropa Karate Federasiyasının (EKF) növbədənkənar iclasında belə qərar qəbul olunub.
Hazırda qitə çempionatı üçün alternativ ölkə axtarılır.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Facebook-da izləyin