
Avropa çempionatı: Azərbaycan millisi seçmə mərhələdəki ilk oyunda uduzdu
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin ilk oyununda məğlub olub.
Komanda.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu komanda E qrupundakı ilk oyununda Bolqarıstanla üz-üzə gəlib. Bakı İdman Sarayındakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 141:48.
Azərbaycan millisi noyabrın 15-də Monteneqronu qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



