Avropa çempionatı: Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarına təyinatlar açıqlanıb

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarına təyinatlar məlum olub.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın noyabrın 13-də İslandiyaya qarşı matçını Şotlandiyadan olan Devid Dikinson idarə edəcək.

Üç gün sonra İrlandiya ilə görüşdə Miloş Milanoviç, noyabrın 19-da Moldova ilə qarşılaşmada yenidən Dikinson ədaləti qoruyacaq.

Avropa çempionatının seçmə mərhələsi

7-ci qrup

13 noyabr

14:00. Azərbaycan – İslandiya
Baş hakim: Devid Dikinson (Şotlandiya).
Baş hakimin köməkçiləri: Kreyq Ferqyuson(Şotlandiya), Gennadi Lisita (Moldova).
Dördüncü hakim: İqor Boska (Moldova).
“Zimbru-2” stadionu.

16 noyabr

14:00. İrlandiya – Azərbaycan
Baş hakim: Miloş Milanoviç (Serbiya).
Baş hakimin köməkçiləri: Novak Novakoviç (Serbiya), Gennadi Lisita (Moldova).
Dördüncü hakim: İqor Boska (Moldova).
“Zimbru-2” stadionu.

19 noyabr

15:00. Moldova – Azərbaycan
Baş hakim: Devid Dikinson (Şotlandiya).
Baş hakimin köməkçiləri: Kreyq Ferqyuson (Şotlandiya), Lukaş Matuşek (Çexiya).
Dördüncü hakim: Yan Petrik (Çexiya).
“Zimbru” stadionu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button