
Avropa çempionatı: Azərbaycan millisi Maltaya uduzdu
Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının 2-ci seçmə mərhələsində Maltaya məğlub olub.
Komanda.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan komandaların oyununda rəqib 2:0 hesablı qələbəyə sevinib. Oyun Bayıl stadionunda keçirilib.
Nərgiz Qurbanovanın rəhbərlik ediyi Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi görüşlərdə Lüksemburqa 0:5 hesabı ilə uduzub, Bolqarıstana isə qalib gəlib – 3:2.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



