
Avropa çempionatı: Azərbaycan millisi liderlə qarşılaşacaq
Sloveniyanın Çatej şəhərində keçirilən şahmat üzrə Avropa çempionatının 7-ci turunda kişi və qadınlardan ibarət Azərbaycan milli komandalarının növbəti rəqibləri müəyyənləşib.
Komanda.az xəbər verir ki, kişi şahmatçılardan ibarət komanda bu gün Niderland millisi ilə qarşılaşacaq.
Hər iki komandanın 9 xalı olsa da, əlavə əmsallara görə Azərbaycan yığması ikinci, Niderland isə altıncıdır.
Qadın yığması isə lider Rusiya ilə üz-üzə gələcək. Azərbaycan millisi 9 xalla üçüncüdürsə, şimal qonşularımız 12 xalla vahid liderdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin