Avropa çempionatı: Azərbaycan kikboksçuları 41 ölkə arasında 14-cü oldu

12-21 sentyabr tarixlərində İtaliyanın Lido Jesolo şəhərində kikboksinqin WAKO versiyası üzrə gənclər, yeniyetmələr və kadetlər arasında keçirilən Avropa çempionatında Azərbaycan milli komandası yüksək nəticə göstərib.

Komanda.az xəbər verir ki, ümumilikdə milli komanda 5 qızıl, 6 gümüş və 10 bürünc medal qazanaraq bu mötəbər yarışda iştirak edən 41 ölkə arasında 14-cü pilləyə yüksəlib.

Hakimlər kollegiyasının üzvü, respublika və beynəlxalq dərəcəli hakim Səbinə Qiyasova, beynəlxalq A kateqoriyanı qazanmaqdan əlavə olaraq yarışın ən yaxşı rinq qadın hakimi seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button