Avropa çempionatı: Azərbaycan boksçusu bürünc medalı təmin edib
Azərbaycan boksçusu Marjona Savriyeva (50 kq) Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinala yüksəlməklə minimum bürünc medalı təmin edib.
Boks Federasiyasından Komanda.az-a verilən məlumata görə, 1/4 finaldan mübarizəyə başlayan idmançı Nili Brukla (Şotlandiya) üz-üzə gəlib. Rəqib ilk raundda zədələndiyindən, həkimlər döyüşün davam etdirilməsinə icazə verməyiblər. Qalib elan olunan Savriyeva özü üçün ən azı bürünc medalı təmin edib.
İdmançı oktyabrın 17-də yarımfinalda Dominika Kuçzevska (Polşa) ilə gücünü yoxlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin