Avropa çempionatı: Azərbaycanın veteran cüdoçuları 11 medal qazanıb

Sloveniyanın Podçetrtek şəhərində veteran cüdoçular arasında keçirilən Avropa çempionatının fərdi yarışlarına yekun vurulub.

Azərbaycan Cüdo Federasiyasından Komanda.az-a verilən məlumata görə, çempionatda Azərbaycan 7 yaş kateqoriyası üzrə 36 idmançı ilə təmsil olunub. Veteranlardan ibarət komandaya baş məşqçi Fərhad Rəcəbli rəhbərlik edib.

Fərdi yarışların sonuncu günündə M1 və M2 yaş kateqoriyası üzrə 12 cüdoçu medallar uğrunda mübarizə aparıb. M1 yaş kateqoriyası üzrə Rəşid Şəmizadə (66 kq) və M2 yaş kateqoriyası üzrə Vasif İbrahimov (100 kq-dan yuxarı) gümüş medala sahib olublar. M1 yaş kateqoriyasında Qurban Məmmədli (100 kq-dan yuxarı), M2 yaş kateqoriyası üzrə Vüqar Babayev (66 kq) və Ruslan Əliyev (100 kq-dan yuxarı) bürünc medal qazanıblar.

Cüdoçular yarışda, ümumilikdə, 4 qızıl, 2 gümüş və 5 bürünc medal əldə ediblər. Nəticələrə görə, veteranlar çempionatı ümumi hesabda yeddinci, kişilər arasında isə beşinci yerdə başa vurublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button