Avropa çempionatı: Azərbaycanın şahmat komandalarının 5-ci tur üçün heyətləri
Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyətləri bəlli olub.
Komanda.az xəbər verir ki, kişilərdən ibarət komanda Rusiya, qadınlar isə Ukrayna millisi ilə qarşılaşacaq.
Avropa çempionatı, 5-ci tur
Azərbaycan – Rusiya
Şəhriyar Məmmədyarov – Aleksandr Qrişuk
Teymur Rəcəbov – Daniil Dubov
Rauf Məmmədov – Kirill Alekseyenko
Qədir Hüseynov – Andrey Yesipenko
Məmmədyarov və Məmmədov ağ, Rəcəbovla Hüseynov qara fiqurlarla oynayacaq.
Kişilərdən ibarət yığma komanda 7 xalla 1-3-cü yerləri bölüşdürür.
Azərbaycan – Ukrayna
Günay Məmmədzadə – Anna Uşenina
Gülnar Məmmədova – Yuliya Osmak
Xanım Balacayeva – Nataliya Buksa
Gövhər Beydullayeva – Nataliya Jukova
Məmmədzadə və Balacayeva ağ, Məmmədova ilə Beydullayeva qara fiqurlarla mübarizə aparacaq.
Turun bütün oyunları Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Bizi Facebook-da izləyin