Avropa çempionatı: Azərbaycanın millisinin oyunlarının təqvimi açıqlanıb

Azərbaycanın badminton millisinin qarışıq komandalar arasında Avropa çempionatının qrup mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.

Azərbaycan Badminton Federasiyasından Komanda.az-a verilən məlumata görə, 1-ci qrupda yer alan yığma ilk olaraq İngiltərə ilə qarşılaşacaq.

Millinin növbəti rəqibi İspaniya, sonuncu dueli isə Danimarkaya qarşı olacaq. Görüşlər müvafiq olaraq 12,13 və 14 fevral tarixlərində reallaşacaq. Hər üç oyun saat 10:00-da start götürəcək.

Azərbaycanda ilk dəfə keçiriləcək Avropa çempionatı fevralın 12-dən 16-dək Bakı İdman Sarayında təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button