Azərbaycan 39 şahmatçı ilə təmsil olunacaq – Avropa çempionatında
Noyabrın 6-da Türkiyənin Antalya şəhərində müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatına start veriləcək.
Şahmat Federasiyasından Komanda.az-a verilən məlumata görə, ölkəni yarışda 39 idmançı təmsil edəcək.
Qitə çempionatında 8,10,12,14,16 və 18 yaş kateqoriyalarında oğlanlar və qızlar arasında Avropanın ən güclüləri bəlli olacaq.
Turnirə noyabrın 15-də yekun vurulacaq.
Yarışda ümumilikdə 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin