Avropa çempionatı: Azərbaycanın 3 cüdoçusu ilk görüşdə qələbə qazanıb
Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda keçirilən Avropa çempionatının üçüncü günündə mübarizəyə başlayıblar.
Komanda.az xəbər verir ki, Mehdi Abbasov, Əli Qazımənmədov (hər ikisi 81) və Hüseyn Eyvazlı (90 kq) ilk görüşlərini qələbə ilə başa vurublar.
Bu gün həmçinin Mələk Bayramlı (70 kq) və Sübhan Axundov (+90 kq) da tatamiyə çıxacaqlar.
Turnir iyunun 30-da komanda yarışı ilə başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) və Cəsur İbadlı (73 kq) bürünc medal qazanıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin