Avropa çempionatı: Azərbaycanın 2 sərbəst güləşçisi yarımfinalda
Azərbaycanın iki sərbəst güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
Komanda.az xəbər verir ki, Tofiq Əliyev (57 kq) 1/4 finalda almaniyalı Horst Lerə uduzub.
Zirəddin Bayramov (65 kq) ardıcıl olaraq bolqar Stilyan İliyevi və türkiyəli Hamza Alacanı məğlub edib. O, finala gedən yolda fransalı Marvan Ahmed Yezza ilə görüşəcək.
Murad Yevloyev (70 kq) 1/8 finalda isveçrəli Tobias Portmanı sonuncu xal prinsipinə əsasən üstələsə də, bolqar İvan Stoyanovun müqavimətini qıra bilməyib.
Əşrəf Aşırov (79 kq) ilk qarşılaşmasında gürcü Evsem Şvelidzeyə yenilib.
İslam İlyasov (97 kq) isə ilk görüşdə gürcü Riveri Mitsituriyə qalib gələrək, yarımfinalda macarıstanlı Riçard Veqə rəqib olub.
Bizi Facebook-da izləyin