Avropa çempionatı: Azərbaycan millisinin rəqibi məlum olub

Basketbol üzrə Azərbaycan millisinin Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatının “B” divizionundakı növbəti rəqibi məlum olub.

Komanda.az xəbər verir ki, C qrupunu sonuncu pillədə tamamlayan yığma 17-20-ci yerlər uğrunda oyunda Lüksemburq millisi ilə qarşılaşacaq.

İyulun 14-də keçiriləcək qarşılaşma saat 13:00-da başlayacaq. Oyun Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi “yutub” hesabından canlı yayımlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button