Avropa çempionatı: Azərbaycan millisinin heyəti və oyunlarının təqvimi açıqlanıb

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti və keçirəcəyi oyunların təqvimi açıqlanıb. 

Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, milli martın 11-dən 14-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Komanda martın 14-də, saat 13:00-da Sumqayıtda “Sumqayıt”ın U-19 komandası ilə yoxlama oyununda üz-üzə gələcək.

Avropa çempionatı martın 15-dən 25-dək Albaniyada keçiriləcək. U-17 B Liqasının 6-cı qrupunda meydan sahibləri və Uelsin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

S.Ad / SoyadKlub
1Rauf ƏyyubovSabah
2Elbrus KərimovMarcet (İspaniya)
3Murad QurbanovZirə
4Həzrət SəmədovSabah
5Səttar TahirzadəMarcet (İspaniya)
6Tuncay ƏhmədovMarcet (İspaniya)
7Amin RzayevQarabağ
8Fərid CabbarlıZirə
9Nadir NəsibliMarcet (İspaniya)
10Muhamməd ÇodarovMarcet (İspaniya)
11Tunar MuradovTuran Tovuz
12Əli QazibəyovQarabağ
13İbrahim BabayevServette 1890 (İsveçrə)
14Vüsal KərimovNeftçi
15Abdulaziz CabbarlıQarabağ
16Ariz KərimovQəbələ
17Tunar RzayevMarcet (İspaniya)
18İslam HəsənovGraficar (Serbiya)
19Əhməd VəliyevQarabağ
20Əli İbrahimQarabağ

Yığmanın oyunlarının təqvimi:

19 mart

18:00. Azərbaycan – Albaniya

“Elbasan Arena”

22 mart

15:00. Uels – Azərbaycan

“Elbasan Arena”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button