Avropa çempionatı: Azərbaycan millisi yenə uduzdu
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirib.
Komanda.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma Estoniya ilə üz-üzə gəlib. Kiprin “Kouklia Community” stadionunda təşkil olunacaq oyun rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
U-19 Avropa çempionatının seçmə mərhələsindəki ilk matçında İsveçrəyə 0:8 hesabı ilə məğlub olub. Milli komanda dekabrın 2-də meydan sahibləri ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin