
Avropa çempionatı: Azərbaycan millisi yarımfinal oyununa çıxır
Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında bu gün yarımfinal oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, Azərbaycan yığması Qazaxıstan millisi ilə üz-üzə gələcək. Oyun saat 20:30-da başlayacaq.
Cütün qalibi finalda Bolqarıstan – Rumıniya duelinin güclüsü ilə qarşılacaq. Yarımfinalda uduzanlar isə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcəklər.
Azərbaycan millisi 1/4 finalda Slovakiyanı 1:0, Qazaxıstan isə əsas vaxtı 1:1 hesabı ilə yekunlaşmış qarşılaşmada Macarıstanı penaltilərlə 4:3 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin