Avropa çempionatı: Azərbaycan millisi məğlub oldu

20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın Skopye şəhərində təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, yığma komanda 17 və 20 -ci yerlər uğrunda qarşılaşmada Lüksemburq millisi ilə qarşılaşıb.

Oyun Azərbaycan milli komandasının məğlubiyyəti ilə bitib – 63:78

Milli komanda daha əvvəl B Divizionunun C qrupunda Ukrayna, İsveç, Kosovo və Gürcüstana uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button