Avropa çempionatı: Azərbaycan millisi Kiprə məğlub oldu

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində Kiprə məğlub olub.

Komanda.az xəbər verir ki, yığma B Liqasının 5-ci qrupunun son matçında 0:3 hesabı ilə uduzub.

Qarşılaşma Kiprin Pafos şəhərindəki “Peyia Municipal” stadionunda keçirilib.

Həbib Ağayevin baş məşqçisi olduğu komanda buna qədər qrupda İsveçrə yığmasına 0:8, Estoniyaya isə 0:3 hesabı ilə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button