Avropa çempionatı: Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək
Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi bu gün Avropa çempionatının ilkin mərhələsində növbəti oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, B qrupunda yer alan İlqar Aslanovun rəhbərlik etdiyi komanda San Marinodan olan həmyaşıdları ilə üz-üzə gələcək Qarşılaşma saat 21:00-da start götürəcək.
U-19 ötən gün Kosovonu 4:1 hesabı ilə məğlub edib. Ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Bu mərhələnin görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin