
Avropa çempionatı: Azərbaycan millisi bu gün İsraillə qarşılaşacaq
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, 9-cu qrupda yer alan yığma Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Park de Sport” stadionunda keçiriləcək oyun 20:00-da başlayacaq.
Qarşılaşmanı Norveç və Fransadan olan hakimlər briqadası idarə edəcək.
11 oktyabr
20:00. İsrail (U-17) – Azərbaycan (U-17)
“Park de Sport” stadionu, Sen-Pol-le-Daks
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Gillaume Paradis (Fransa
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



