
Avropa çempionatı: Azərbaycan millisi bu gün Çexiya ilə üz-üzə gələcək
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək.
Komanda.az xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu komanda səfərdə Çexiya yığması ilə üz-üzə gələcək.
Karvina şəhər stadionunda, saat 20:00-da start götürəcək qarşılaşmanı şimali makedoniyalı FİFA referisi Yovan Kaçevski idarə edəcək.
Hazırda B qrupunda Portuqaliya millisi 6 xalla liderdir. Eyni xala malik Çexiya ikinci pillədə qərarlaşıb. Bolqarıstan 4 xalla üçüncü, Şotlandiya 3 xalla dördüncüdür. 1 xala malik Azərbaycan beşinci, xalı olmayan Cəbəllütariq isə sonuncu – altıncı pillədə qərarlaşıb.
U-21 seçmə mərhələdə daha əvvəl keçirdiyi görüşlərdə səfərdə Portuqaliya yığmasına 0:5 hesabı ilə məğlub olub, Bakıda Bolqarıstanla heç-heçə edib – 1:1.
Bizi Facebook-da izləyin



