Avropa çempionatı: Azərbaycan boksçularının rəqibləri bilindi

Monteneqronun Budva şəhərində qadın boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb.

Komanda.az xəbər verir ki, bu gün start götürəcək yarışda Azərbaycan yığmasının idmançılarının da ilk rəqibləri məlum olub.

Ölkə təmsilçilərindən ilk olaraq rinqə Zeynəb Rəhimova çıxacaq. Onun Alyona Savçukla döyüşü oktyabrın 15-nə təsadüf edək.

Avropa çempionatında 31 ölkədən 164 boksçu qüvvəsini sınayacaq. Yarışın qaliblərinin adına oktyabrın 22-də aydınlıq gələcək.

Avropa çempionatı
15 oktyabr
1/8 final

Zeynəb Rəhimova (52 kq) – Alyona Savçuk (İtaliya)

17 oktyabr
1/8 final

Günel Rəhimova (48 kq) – Demye-Jade Rejtan (İngiltərə)

19 oktyabr
1/4 final

Anaxanım İsmayılova (50 kq) – Yaroslava Marinçuk (Ukrayna)
Şəhla Allahverdiyeva (66 kq) – Yelena Yaniçiyeviç (Serbiya)

21 oktyabr
1/2 final

Aynur Rzayeva (+81 kq) – Zayra Qarsiya (İspaniya)/Darya Kozores (Moldova)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button