Avropa çempionatı: Azərbaycan 4-cü oldu

Azərbaycan karateçiləri Kiprin Larnaka şəhərində keçirilən yeniyetmə və gənclərin 50-ci Avropa çempionatında 6 medal qazanıblar.

Komanda.az xəbər verir ki, mükafatların üçü qızıl, biri gümüş, ikisi isə bürünc medaldır.

Aysu Əliyeva (59 kq) 16-17 yaşlı qız, Fərid Savadov (55 kq) oğlanlar, Əminağa Quliyev isə (60 kq) 21 yaşadək gənclər arasında Avropa çempionu adını qazanıb.

Gülay Orucova 14-15 yaşlı yeniyetmələrin mübarizəsində gümüş, eləcə də Rahim Əzim (70+) eyni yaş qrupunda, Hüseyn Məmmədli isə 21 yaşadək gənclərin yarışında bürünc medala yiyələnib.

Salman Salmanov (kata) 14-15 yaşlı yeniyetmələrdə, Fatima Məmmədova (-47 kq) isə onunla eyni yaş qrupunda kumite yarışlarının bürünc mükafatını qazana bilməyib.

Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında 4-cü yeri tutub. 3 yaş qrupu üzrə 50-ci qitə çempionatında 48 ölkədən 1114 karateçi mübarizə aparıb.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyasının İdarə Heyətinin üzvü Yaşar Bəşirov idmançıların mükafatlandırılma mərasimində iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button