![](https://komanda.az/wp-content/uploads/2024/09/affa-loqo.jpg)
Avropa çempionatı: Azərbaycanın millisinin seçmə mərhələ üçün heyəti açıqlanıb
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin matçları üçün heyəti məlum olub.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmaya 18 oyunçu cəlb edilib.
Komanda bu gündən fevralın 14-dək Bakıda təlim-məşq toplanışı keçəcək.
U-19 fevralın 15-dən 26-dək Albaniyada Avropa çempionatının 2-ci seçmə mərhələsinin B qrupunda iştirak edəcək. Milli fevralın 18-də Şimali İrlandiya, fevralın 21-də Albaniya, 3 gün sonra isə Monteneqro ilə üz-üzə gələcək.
S. | Ad / Soyad | Klub |
1 | Mehriban Şahməmmədova | Neftçi PFK |
2 | Güləsər İsmailova | Sumqayıt FK |
3 | Aydan Əkbərova | Dirçəliş FK |
4 | Aysel Ziyadova | Qəbələ FK |
5 | Ülviyyə İslamova | Baku Juniors |
6 | Pərişan Abdullayeva | Dirçəliş FK |
7 | Səma Həsənli | Qəbələ FK |
8 | Vahidə Əlipaşayeva | Dirçəliş FK |
9 | Fatimə Əhmədova | Sumqayıt FK |
10 | Aydan Həsənova | Gazikentspor (Türkiyə) |
11 | Məsumə Nəzərli | Neftçi PFK |
12 | Röya Əliyeva | Sumqayıt FK |
13 | Mədinə Curuqova | Neftçi PFK |
14 | Mədinə Qadimaliyeva | Sumqayıt FK |
15 | Aysu Murtuzayeva | Neftçi PFK |
16 | Aysel Cumayeva | Dirçəliş FK |
17 | Lalə Abbaszadə | Neftçi PFK |
18 | Günel Muradova | Qəbələ FK |
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin