Avropa çempionatı: Azərbaycanın 2 boksçusu qələbə qazanıb

Çexiyanın Ostrava şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatına start verilib.

Komanda.az xəbər verir ki, yarışın ilk günündə rinqə çıxan Azərbaycan millisinin iki idmançısı döyüşünü qələbə ilə başa vurub.

70 kq-da Rza Rzayev Qleb Herdtlə (İsrail) qarşılaşıb. Boksçu 1/16 final çərçivəsində rəqibini 5:0 (30:26, 30:25, 30:27, 30:26, 30:26) hesabı ilə məğlub edib. O, növbəti görüşdə ilk mərhələdən azad olan Akaki Basariya (Gürcüstan) ilə üz-üzə gələcək.

Abbasqulu Şadlinski (75 kq) də Avropa çempionatına qələbə ilə başlayıb. O, 1/16 finalda Gerasimos Tzavarosdan (Yunanıstan) güclü olub – 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27). Şadlinski ikinci döyüşündə ilk mərhələdən azad olan Ahmed Koçini (Albaniya) sınağa çəkəcək.

Hər iki boksçu 1/8 final döyüşünə oktyabrın 2-də çıxacaq.

Avropa çempionatına oktyabrın 9-da yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button