Avropa çempionatı: Azərbaycan millisi Maltaya uduzdu

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının 2-ci seçmə mərhələsində Maltaya məğlub olub.

Komanda.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan komandaların oyununda rəqib 2:0 hesablı qələbəyə sevinib. Oyun Bayıl stadionunda keçirilib.

Nərgiz Qurbanovanın rəhbərlik ediyi Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi görüşlərdə Lüksemburqa 0:5 hesabı ilə uduzub, Bolqarıstana isə qalib gəlib – 3:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button