
Avropa çempionatı: Azərbaycan millisi ilk oyunda böyük hesabla uduzdu
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Komanda.az xəbər verir ki, 6-cı qrupda yer alan komanda Macarıstanla qarşılaşıb.
Rumıniyanın Tunari şəhərindəki eyniadlı stadionda baş tutan görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İlham Yadullayevin baş məşqçisi olduğu komanda noyabrın 16-da Yunanıstanla, bundan 3 gün sonra isə Rumıniya ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin