Avropa çempionatı: Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Rumıniyanın paytaxtı Buxarestdə yaşı 20 və 23-ə qədər olan gənclər arasında Avropa çempionatında iştirak edəcək heyəti açıqlanıb.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, yığma komanda 26 iyun-3 avqust tarixlərində baş tutacaq yarışda 5 idmançı ilə təmsil olunacaq.

Kişilərdə Əli Şükürlü (109 kq) U-20, Əvəz Tağıyev (55 kq), Ömər Cavadov (73 kq) və Füqan Əliyev (81 kq) U-23 turnirində, qadınlarda isə Rahilə Hüseynzadə (87 kq) U-20-lərin yarışında mübarizə aparacaqlar.

Qitə birinciliyində 34 ölkədən 450 atlet (204 qadın və 246 kişi) iştirak edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button