Avropa birinciliyinə 11 atletlə

Oktyabrın 24-dən noyabrın 4-dək Polşanın Raşin şəhərində ağırlıqqaldırma üzrə gənclər və 23 yaşadək idmançılar arasında Avropa birinciliyi keçiriləcək.

Komanda.az xəbər verir ki, yarışda ölkəmizi 10 oğlan və 1 qız atlet təmsil edəcək.

Məşqçilər Polşada Elşən Məmmədov (61 kq), Qasım İsmayılov (67 kq), Tehran Məmmədov (67 kq), Fuad Həsənov (67 kq), Mahmud Qədirov (73 kq), Ravin Alməmmədov (81 kq), Fuqan Əliyev, (81 kq), Ömər Cavadov (81 kq), Nurlan Məmmədzadə (89 kq) və Əli Şükürlüyə (109 kq) şans verəcəklər.

Qadınların yarışında körpücük üzərinə Rahilə Hüseynzadə (81 kq) çıxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button