“Avroliqanın qrup mərhələsində də güclü rəqiblər var” – Ozobiç

“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Çexiyada “Viktoriya”ya (Plzen) qarşı keçirdikləri cavab oyununu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:

“Pley-offa kimi gəlib çatsaq da, qrup mərhələsinə vəsiqə qazana bilmədik. Amma bu, futboldur, irəliyə baxmaq lazımdır. Avropa Liqasının qrup mərhələsində də güclü rəqiblər var. Yaxşı oyun göstərmək istəyirik. Konfrans Liqasında olduğu kimi, burada da pley-offa vəsiqə qazanmaq niyyətindəyik”.

“Qarabağ” mübarizəni Avropa Liqasında davam etdirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button