Avroliqanın qalibi oldu, 29 yaşında karyerasını bitirdi

Futbol üzrə Avstriya yığmasının və Almaniyanın “Ayntraxt” klubunun müdafiəçisi Martin Hinteregger 29 yaşında karyerasını bitirməyə qərar verib.

Komanda.az xəbər verir ki, o, bu barədə qərarını klubun rəsmi saytına açıqlayıb.

Hinteregger geridə qalan mövsümdə “Ayntraxt”la Avropa Liqasının qalibi olub. O, məhz belə bir zəfərdən sonra karyerasını bitirməyə qərar verdiyini bildirib.

Xatırladaq ki, Martin Hinteregger “Ayntraxt”ın heyətində 138 oyuna 14 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button