Avroliqanın finalının təbliğatı məqsədilə sərgidə iştirak
Aprelin 4-dən etibarən Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisi keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosunun fəal dəstəyi və iştirakı ilə təşkil olunmuş sərgidə turizm şirkətləri, aviaşirkətlər, mehmanxana şəbəkələri, sanatoriyaların milli və regional təmsilçiləri öz xidmətlərini təqdim edirlər.
Bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununun təblığatı məqsədi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası sərgidə iştirak edib.
Sərgi öz işinə aprelin 6-da yekun vuracaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin